Sumqayıt şəhərində içməli su xəttində qəza baş verib.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin 13-cü mikrorayon ərazisində qeydə alınıb.
Diametri 200 millimetr olan içməli su borusunun partlaması nəticəsində ərazidə su axını yaranıb.
Qəzanın aradan qaldırılması üçün aidiyyəti qurumun əməkdaşları əraziyə cəlb olunublar.
Hazırda təmir-bərpa işləri aparılır.
Qaynar xətt:
(055) 224 12 12