Sumqayıtda istirahət mərkəzində ölüm hadisəsi baş verib.
Oxu.Az "Teleqraf"a istinadən xəbər verir ki, hadisə şəhərin Sahil küçəsində yerləşən "Gəmi" istirahət mərkəzində qeydə alınıb.
1962-ci il təvəllüdlü Sevda Çingiz qızı Nağıyeva istirahət mərkəzində qəflətən vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
Qaynar xətt:
(055) 224 12 12