Sumqayıtda tanınmış şairə binadan yıxılıb.
Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, İlhamə Məhəmmədqızı (Məmmədova) yaşadığı binanın 3-cü mərtəbəsindən yıxılıb.
Nəticədə qadın ağır xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, jurnalist, yazıçı, şair-publisist İlhamə Məhəmmədqızı Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Qaynar xətt:
(055) 224 12 12