Sosial şəbəkələrdə Bakının Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi ərazisində aşkarlanan avtomobillə bağlı yayılan məlumatlar polis əməkdaşları tərəfindən araşdırılıb.
Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, araşdırmalar nəticəsində nəqliyyat vasitəsinin sahibi müəyyən edilib.
Məlum olub ki, həmin avtomobil xuliqanlıq zəminində baş vermiş hadisədən sonra ərazidə saxlanılaraq tərk edilib.
Hazırda Sabunçu Rayon Polis İdarəsində faktla bağlı araşdırmalar davam etdirilir.
Qaynar xətt:
(055) 224 12 12