Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Təyyarə qəzasında həlak olanların nəşi və yaralananlar BAKIYA GƏTİRİLİB
Qazaxıstanın Aktau şəhərində qəzaya uğrayan AZAL-a məxsus təyyarədə xəsarət alanlardan daha 7 nəfər yaralı və həyatını itirən 4 nəfərin nəşi Bakıya gətirilib.
Oxu.Az xəbər verir ki, onları Heydər Əliyev Hava Limanında yaxınları və aidiyyatı üzrə qurumlar qarşılayıblar.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Onlardan 38-i həlak olub, 29-u sağ qalıb.
"AZAL-a məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində xəsarət alanlara tibbi yardım məqsədi ilə Fövqəladə Hallar Nazirliyinin həkim, psixoloq və xilasediciləri, həmçinin Səhiyyə Nazirliyinin peşəkar həkimlərdən ibarət qrupu Aktau şəhərinə göndərilib".
Oxu.Az xəbər verir ki, bunu general-mayor Adil Abdullayev jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, hazırda 7 nəfər xəsarət alan şəxs Bakıya gətirilib:
"Vəziyyəti qənaətbəxş hesab edilən daha 7 nəfər şəxs gətiriləcək. Paytaxtın tibb müəssisələrində onların müalicəsi davam etdiriləcək".
A.Abdullayev əlavə edib ki, 4 nəfərin nəşi də bu gün Bakıya gətirilir.
Daha çox foto burada: PhotoStock.az
Məhərrəm Əliyev
Qazaxıstanın Aktau şəhərində qəzaya uğrayan "Azərbaycan Hava Yolları" QSC-yə (AZAL) məxsus təyyarədə sağ qalan sərnişinlərdən 7 nəfəri Bakıya gətirilib.
Bu barədə Oxu.Az-ın müxbiri Heydər Əliyev Beynəlxalq Hava limanından xəbər verir.
Ağır vəziyyətdə olan sərnişinlər FHN-nin amfibiya tipli təyyarəsi ilə ölkəyə gətirilərək təcili yardım maşınları ilə xəstəxanaya çatdırılacaq.
"Azərbaycan Hava Yolları" aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində xəsarət almış vətəndaşlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Aktauda olan Fövqəladə Hallar Nazirliyinin xüsusi təyyarəsi ilə Bakıya yola düşüb.
Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Vətəndaşları Qazaxıstanın Manqistau vilayəti başçısının müavini Tileqen Abişev və Aktau şəhərinin meri Abilkair Baypakov yola salıblar.
Əlavə məlumat veriləcək.
"Azərbaycan Hava Yolları"na məxsus təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində yaralanan 1-i uşaq olmaqla, 14 zərərçəkən Azərbaycan vətəndaşı Mangistau regional xəstəxanasından çıxarılaraq ölkəyə yola salınıb.
"Report" xəbər verir ki, onlar Azərbaycan Səhiyyə Nazirliyinin əməkdaşlarının müşayiəti ilə yola düşüblər.
Aktauda qəzaya uğramış AZAL-ın Bakı-Qroznı reysini həyata keçirən təyyarənin sağ qalan sərnişinlərindən 14 nəfər, o cümlədən bir uşaq Azərbaycana yola salınır.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, yaralılar həkim briqadasının müşayiəti altında Fövqəladə Hallar Nazirliyinin (FHN) xüsusi təyyarəsi ilə gətirilir.
Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramış AZAL-ın Bakı-Qroznı reysini həyata keçirən təyyarənin qəzası nəticəsində sağ qalan sərnişinlərdən 12 nəfər bu gün ölkəyə gətirilir.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, vəziyyəti qənaətbəxş olan 7 nəfər adi reys, vəziyyəti orta ağır qiymətləndirilən 5 sərnişin isə ayrılmış həkim briqadasının müşayiəti altında Fövqəladə Hallar Nazirliyinin xüsusi təyyarəsi ilə Bakıya gətirilir.
"AZAL təyyarəsinin qəzası" teqi üzrə xəbərlər
- Qazaxıstanda Xəzərə təyyarə qəzasında həlak olanların xatirəsinə çələnglər buraxılıb
- Fransa XİN-dən "qəribə" başsağlığı
- Aktaudakı təyyarə qəzasının TƏFƏRRÜATI AÇIQLANDI
- Təyyarə qəzasında həlak olan 26 yaşlı gəncin atası: "Özünə isti paltarlar almışdı ki, ora soyuqdur"
- Qazaxıstanda baş verən təyyarə qəzasında xəsarət alan rusiyalıların vəziyyəti açıqlandı
Rəylər