Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Təyyarə qəzasında xəsarət alan şəxsin atası: "Zəng edib dedi ki, vəziyyətim yaxşıdır"
"Oğlum Qroznıya getmək üçün dünən Bakıya yollanıb. Bu gün səhər saatlarında təyyarə ilə yola düşüb. Uçuşdan iki saat sonra təyyarənin qəzaya düşməsi barədə məlumatımız oldu".
Oxu.Az xəbər verir ki, bunu təyyarə qəzası nəticəsində xəsarət alan Gəncə sakini Toğrul Cəfərovun atası Mahir Cəfərov APA-ya açıqlamasında deyib.
O bildirib ki, qəzadan bir müddət sonra oğlu onlara zəng edib:
"Dedi ki, vəziyyətim yaxşıdır, təcili tibbi yardım maşını ilə xəstəxanaya apardılar, indi müayinə edirlər. Görüntülü danışmışıq, həkimi ilə də əlaqə saxladım".
"AZAL təyyarəsinin qəzası" teqi üzrə xəbərlər
- Azərbaycanda bayraqlar yarıya qədər ENDİRİLDİ
- Qəzaya uğrayan təyyarədə olan Zaqatala sakinlərinin FOTOLARI
- Nazir: "Son qərar sabah və ya yaxın günlərdə veriləcək"
- Təyyarə qəzasında həlak olan pilotlardan biri Bakı Avropa Liseyinin məzunu olub
- Qazaxıstanlı həkimdən təyyarə qəzasında yaralananların vəziyyəti barədə AÇIQLAMA
Ən çox oxunanlar
Rəylər