Tovuz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin bəzi təfərrüatı məlum olub.
Oxu.Az Xəzər TV-yə istinadla xəbər verir ki, hadisə rayonun Əsrik Cırdaxan kəndində baş verib.
Məlumata görə, 27 yaşlı Əli Alıyevin sentyabrın 12-də toyu olacaqmış. O, qız evinə cehiz üçün bazarlığa gedərkən, yolun kənarında hərəkət edən doqquz yaşlı Nilay Abdullazadəni vurub.
Hadisə nəticəsində uşaq aldığı xəsarətlərdən hadisə yerində ölüb. Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Tovuz şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Tovuz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Əsrik kəndində baş verib.
Kənd ərazisində VAZ-2106 avtomobili idarəetməni itirərək yolu keçən kənd sakini, 2016-cı il təvəllüdlü Nilay Abdullazadəni vurub. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Samir Əli