Tovuzda qidadan zəhərlənənlər evə buraxılıblar.
Oxu.Az "Report"a istinadla xəbər verir ki, zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilən bir ailənin 4 üzvü göstərilən tibbi yardımlardan sonra evə buraxılıb.
Onların pendirdən zəhərləndikləri ehtimal edilir.
Faktla bağlı araşdırma aparılır.
Tovuzda zəhərlənmə faktı qeydə alınıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, rayon sakinləri 1986-cı il təvəllüdlü R.Əmədli, 1989-cu il təvəllüdlü V.Əhmədli, ailənin övladları 2010-cu il təvəllüdlü D.Əhmədli və 2013-cü il təvəllüdlü B.Əhmədli zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.
Dərhal onlara yardım edilib, vəziyyətlərinin kafi olduğu bildirilir.
Məlumata görə, onlar yaşadıqları evdə pendir yedikdən sonra zəhərləniblər. Hadisə yerinə AQTA əməkdaşları cəlb ediliblər.
Faktla bağlı araşdırma aparılır.