Tovuz rayonunda bədbəxt hadisə baş verib.
Oxu.Az xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.
Rayon sakinləri 4 yaşlı İlqar Hüseynzadə, 5 yaşlı Nihad Hüseynzadə və 6 yaşlı Gülnur Hüseynzadə zəhərlənmə diaqnozu ilə xəstəxanaya gətiriliblər.
Onlara lazımi tibbi yardım göstərilib.
İlkin məlumata görə, uşaqlar yaşadıqları evdə turşu yedikdən sonra zəhərləniblər.
Faktla bağlı araşdırma aparılır.
Əli Məmmədov