Salyan rayonunun Yolüstü kəndində "Mercedes" markalı minik avtomobilinin avtoyuma məntəqəsinə çırpılması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, yanğın nəticəsində avtomobilin yanar hissələri, ümumi sahəsi 120 m² olan avtoyuma məntəqəsinin dam örtüyünün taxta atmaları 3 m² sahədə və xarici divarından keçən elektrik kabeli 2 paq.m yanıb. Yanğın yerinə baxış zamanı sürücünün yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Obyektin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Salyan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, hadisə Salyan rayonu ərazisində qeydə alınıb.
Belə ki, rayonun Qarabağlı kənd sakini, 1987-il təvəllüdlü Emil Əzizov gecə saatlarında idarə etdiyi "Mercedes" markalı avtomobili hasara çırpıb. Daha sonra avtomobildə yanğın başlayıb və o yanaraq ölüb.
E.Əzizovun Ağcabədi rayonundan toydan qayıtdığı zaman hadisənin baş verdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.

Əli Məmmədov