Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Vətəndaşları işə bərpa etmək, təqaüd düzəltmək vədi ilə aldadaraq dələduzluq edən şəxs saxlanılıb
Vətəndaşları işə bərpa etmək, təqaüd, sosial yardım düzəltmək vədi ilə aldadaraq dələduzluq edən şəxs saxlanılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində vətəndaşların etibarından sui-istifadə edərək onlara qarşı dələduzluq edən əvvəllər də eyni əməllərə görə məhkum olunmuş 42 yaşlı Elməddin Kazımov saxlanılıb.
Araşdırma zamanı onun ayrı-ayrı vətəndaşları işə bərpa etmək, təqaüd, sosial yardım düzəltmək, həmçinin əlillərə veriləcək ev, avtomobil növbəsində adlarının irəli çəkdirəcəyi vədi ilə aldadaraq dələduzluq etdiyi məlum olub.
E.Kazımov qanunsuz əməllərini həyata keçirən zaman özünü zərərçəkənlərə "Zaur", "Sadiq" və "Mübariz" adı ilə təqdim edib. Onun başqa şəxslərə qarşı da analoji cinayətlər törətdiyi istisna edilmir. E.Kazımovun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə polis orqanlarına məlumat verə bilərlər.

"Dələduzluq cinayəti" teqi üzrə xəbərlər
- Sosial şəbəkədə dələduzluqla məşğul olan şəxs saxlanıldı
- Şəhid ailələri və qazilərə qarşı dələduzluq etməkdə təqsirləndirilən sabiq məmur həbs edildi
- Beynəlxalq axtarışda olan şəxs Rusiyadan Azərbaycana gətirildi
- "Oleq Bakinski"nin məhkəməsində tanınmış idmançının ifadəsi səsləndirildi
- Talassemiyalı uşaqların bir milyon manata yaxın pulunun mənimsənilməsi ilə bağlı məhkəmə