Yevlax rayonunda qətl hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, rayon sakini, 1991-ci il təvəllüdlü Süleyman Vidadi oğlu Əzizov ögey qardaşı - 1984-cü il təvəllüdlü Orxan Şikar oğlu Səmədovla mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə S.Əzizov O.Səmədovu altı bıçaq zərbəsi ilə qətlə yetirib.
S.Əzizov polis əməkdaşları tərəfindən saxlanılıb.
Məlumata görə, S.Əzizov uzun müddət psixoloji xəstəlikdən əziyyət çəkirmiş və mübahisə nəticəsində o, affekt vəziyyətə düşüb.
Faktla bağlı araşdırma aparılır.
Samir Əli