Yevlax rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə Xaldan-Mingəçevir avtomobil yolunun Yevlax rayonu Havarlı kəndinin ərazisindən keçən hissəsində qeydə alınıb. 1951-ci il təvəllüdlü Arzuman Süleyman oğlu Səfərov idarə etdiyi "Mercedes-Benz" markalı minik avtomobili ilə Mingəçevirə gedərkən onunla eyni istiqamətdə hərəkətdə olan 1955-ci il təvəllüdlü Hacıbala Ədil oğlu Kazımovun idarə etdiyi "Ural" markalı motobloku arxa hissəsindən vurub. Nəticədə motoblokda olan sərnişin, 1959-cu il təvəllüdlü Fəxriyyə Aslan qızı Kazımova xəstəxanada ölüb.
Faktla bağlı cinayət işi başlanıb.
Samir Əli