Zərdab rayonunda VAZ-21099 və "Range Rover" avtomobillərinin iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az APA TV-yə istinadla xəbər verir ki, qəza nəticəsində VAZ-21099-un sürücüsü Azər Abdullazadə həlak olub.
Hadisədən sonra "Range Rover"in sahibi açıqlama verərək bildirib ki, qəza zamanı sükan arxasında özü deyil, əmisi oğlu olub. O, ölən şəxslə bağlı isə aşağıdakıları deyib:
"Ölüm var, Allah rəhmət eləsin. İndi biz nə edək? Adam öldürməmişik ki. Qəzadır, olub. Dahi insanlar da dünyadan köçürlər".
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Zərdabda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, hadisə Ağcabədi-Zərdab avtomobil yolunun Zərdab rayonundan keçən hissəsində qeydə alınıb.
Belə ki, VAZ-21099 və "Land Rover" avtomobilləri toqquşub. Qəza nəticəsində VAZ-21099-un sürücüsü Azər Cəlal oğlu Abdullayev aldığı xəsarətlərdən ölüb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Qəzanın başvermə səbəbi araşdırılır.