Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
İşdən qovulan əməkdaşı dinlədikdən sonra Maskın verdiyi cavab heyrət doğurdu - FOTO
Məşhur islandiyalı sahibkar, vətənində 2022-ci ilin adamı seçilən Haraldur Torleyfssonla (Halli) amerikalı milyarder İlon Maskın “Twitter”də yazışmaları sosial şəbəkələrdə böyük maraqla qarşılanıb və 11 milyondan çox reaksiyaya səbəb olub.
Məsələ burasındadır ki, Halli həm də “Twitter”in işçisi olub və sosial şəbəkədə kütləvi ixtisarlar fonunda adının bu siyahıda olub-olmadığını aydınlaşdıra bilməyib. O, 9 gün əvvəl iş kompüterinə girişinin bloklandığını görüb. Bundan sonra İnsan Resurslarına zəng edib vəziyyətlə maraqlanıb, ancaq buradan da dəqiq cavab ala bilməyib. Nəhayət, Torleyfsson son çarəni şirkətin rəhbərinə müraciət etməkdə görüb.
O, sosial şəbəkə hesabından - “Mən işdən çıxarıldımmı?”, - deyə Maskdan soruşub.
Bir neçə saat sonra İlon Mask tvitində onun hansı işi gördüyü ilə maraqlanıb. Torleyfsson, cavab vermənin şirkət ilə məxfiliyin pozulması adlandırıb və qaydaların pozulmasına icazə üçün yazılı razılığın tələb olunduğunu deyib.
Halli Maskın - “Təsdiq olundu, davam edin”, - cavabından sonra şirkət daxilində dizayn layihələrinin prioritetləşdirilməsinə rəhbərlik etdiyini açıqlayıb. O, iş öhdəliklərini təfərrüatlandıran daha bir neçə tvit dərc edib, lakin cavab olaraq Maskdan yalnız iki gülüş emojisi alıb.
Bundan sonra, kadrlar şöbəsinin müdiri dərhal Torleyfssonla əlaqə saxlayıb və işdən çıxarıldığını təsdiqləyib.
İndi Halli üçün qalan yeganə şey “Twitter”in ona müqavilənin ləğvində nəzərdə tutulan pulu ödəyib-ödəməyəcəyini öyrənməkdir.
Qeyd edək ki, Torleyfsson ölkəsi İslandiyada çox məşhurdur. O, “Uneo” adı ilə qurduğu dizayn agentliyi ilə gündəmə gəlib, 2019-cu ildə İslandiyada İlin İş Adamı seçilib. Halli 2021-ci ildə şirkətini “Twitter”ə satıb.
Mənbə: Haber Global