Rusiyada keçirilən şahmatın rapid və blits növü üzrə dünya çempionatının təşkilatçılığından yarışçılar narazı qalıb.
Gazeta.ru-nun xəbərinə görə, Moskvanın “Lujniki” stadionunun böyük zalında keçirilən və mükafatı bir milyon dollar olan yarışmada istilik sistemində problem yaranıb.
Buna görə də iştirakçılar üst geyimlərini geyinərək oynamağa məcbur olublar. Bu problem uzun müddət həll edilə bilməyib.
Bundan sonra FIDE prezidenti Arkadi Dvorkoviç “Twitter”də baş verənlərə görə üzr istəyib:
“Moskvadakı dünya çempionatında iştirak edənlərdən avadanlıqların nasazlığı nəticəsində yaranan narahatlığa, oyun otağında temperaturun düşməsinə görə üzr istəyirəm. Dünyanın ən yaxşı oyunçularının bu problemdən narahat olmamaları üçün tədbirlər görürük”.
Qeyd edək ki, çempionata Azərbaycandan Şəhriyar Məmmədyarov da daxil olmaqla 11 şahmatçı qatılıb.
I apologize to the participants of the World Rapid Championships in Moscow for an inconvenience caused by equipment failure leading to low temperatures in the playing hall. We are taking measures to resolve a problem swiftly for the best of players.
— Arkady Dvorkovich (@advorkovich) 26 декабря 2019 г.