Futbol üzrə Argentina yığmasının qapıçısı Serxio Romero Hollandiyayla dünya çempionatının yarımfinal matçının penalti seriyası zamanı “şparqalka”dan istifadə edib.
Oxu.Az ANSPRESS-ə istinadən xəbər verir ki, kiçik kağız parcasında holland oyunçuların necə 11 metrlik zərbələr vurduğu haqda məlumatlar yazılıb.
Romero 4 zərbədən 2-ni qaytararaq Argentinanı DÇ-2014 finalına daşıdı. Qapıçı, həmçinin dünənki yarımfinal matçının ən yaxşı oyunçusu seçilib.
Qeyd edək ki, 2006-cı ildə Almaniya yığmasının qapıçısı Yens Lemann Argentinaya qarşı dörddə bir finalda belə “şparqalka”dan istifadə etmişdi. Almaniya həmin vaxt 4:2 hesabı ilə qalib gəlmişdi.