Braziliyanın "Piaui" komandasında çıxış edən 20 yaşlı futbolçu Antoni İlano yol-nəqliyyat hadisəsində həlak olub.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "The Sun" internet nəşri məlumat verib.
Mənbənin məlumatına görə, idmançı atasının ad günü münasibətilə təşkil edilən mərasimdən sonra evinə gedirmiş və yolun hərəkət hissəsinə çıxan inəklə toqquşub, İlano hadisə yerində həyatını itirib.
Futbolçunun inəklə toqquşması ilə bağlı araşdırma aparılır. Braziliya klubları futbolçunun ailəsinə və yaxınlarına başsağlığı veriblər.
Antoni İlano regionda perspektivli oyunçu hesab olunurdu və müntəzəm olaraq gənclərin oyunlarına çağırılırdı.
