Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
2024-cü ildə ən çox meydanda olan futbolçuların siyahısı bəlli olub
Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES) 2024-cü ildə meydanda ən çox olan futbolçuların siyahısını açıqlayıb.
Oxu.Az CIES-ə istinadən xəbər verir ki, dünyanın ən güclü 66 liqasından olan futbolçuların həm klub, həm də milli komanda səviyyəsində çıxışları təhlil edilib.
Siyahının ilk sətrində fransalı futbolçu Jül Kunde qərarlaşıb. "Barselona"nın və Fransa millisinin 26 yaşlı müdafiəçisi 69 oyunda 5 872 dəqiqə meydanda olub.
Sonrakı iki pillədə isə Braziliyanın "Fluminense" klubundan Con Arias (5 599 dəqiqə - 67 oyun) və İspaniya təmsilçisi "Real Madrid"dən Federiko Valverde (5 573 - 66) yer alıblar.
Qeyd edək ki, ən çox oyun keçirən futbolçuların siyahısında Vircil van Deyk ("Liverpul", 5 523 - 64), Nikolas Otamendi ("Benfika", 5 449 - 65), Qranit Caka ("Bayer 04", 5 447 - 65), David Qantsko ("Feyenoord", 5 377 - 60), Feliks Eduardo Torres ("Korintians", 5 369 - 64), Co Rodon ("Lids", 5 276 - 58) və Uilyam Saliba ("Arsenal", 5 264 - 59) da var.
Rəylər