1945-ci il təvəllüdlü Ezz Ed-Din Bahader Misirin 3-ci liqa təmsilçisi “6th October” futbol klubu ilə müqavilə imzalayıb.
“Life” məlumat verir ki, xəbər Misir Futbol Futbol Assosiasiyasının “Facebook” səhifəsində dərc edilib.
75 yaşlı futbolçu “6th October” klubunun heyətində iki oyun keçirəcəyi təqdirdə ən yaşlı peşəkar futbolçu kimi Ginnesin Rekordlar kitabına düşəcək.
“6th October” klubunun rəsmiləri yeni transfer etdikləri oyunçunun peşəkarlığına əmin olduqlarını bildiriblər.
Qeyd edək ki, hazırda dünyanın ən yaşlı peşəkar futbol oyunçusu rekordu İsrailin 4-ci liqa təmsilçisi “Or Yehuda”in sabiq oyunçusu Hayikə (73 yaş) məxsusdur.