İtaliya A Seriyasının VIII turunda Turin derbisi baş tutub.
Oxu.Az xəbər verir ki, “Yuventus” öz meydanında “Torino”nu qəbul edib.
Qarşılaşma “zebrlər”in qələbəsi ilə başa çatıb - 2:0. 47-ci dəqiqədə Federiko Qattinin hesabı açdığı qarşılaşmada yekun nəticəni Arkadiuş Milik müəyyənləşdirib. O, 62-ci dəqiqədə fərqlənib. Hazırda 17 xalı olan “Yuventus” üçüncü pillədədir.
Xal itkisinə baxmayaraq, “İnter” əvvəlki kimi liderdir. Komandanın 19 xalı var. 11 xala malik “Bolonya” səkkizincidir.
Faiq Tahirov