İtaliya A Seriyasının XX turunda “Milan” doğma meydanda “Roma”nı qəbul edib.
Oxu.Az xəbər verir ki, qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb.
Oyunda hesabı 11-ci dəqiqədə Y.Adli açıb. 56-cı dəqiqədə O.Jiru hesab arasında fərqi artırıb. 69-cu dəqiqədə L.Parades penaltini dəqiq yerinə yetirməklə hesab arasındakı fərqi azaltsa da, T.Hernandez 84-cü dəqiqədə yekun hesabı müəyyənləşdirib 3:1.
Qələbə sayəsində 42 xala sahib olan “Milan” üçüncü pillədə bir qədər də möhkəmlənib. 29 xala sahib “Roma” isə doqquzuncu pillədə qərarlaşıb.
A Seriyası: “Milan” “Roma”dan üç xalı üç qolla aldı - VİDEO
Rəylər