“Çelsi”nin sahibi olan rusiyalı miltarder Roman Abramoviç bəyanat yayıb.
O, son günlərdə klub ətrafında yaranan söz-söhbətlərə aydınlıq gətirib.
“Son bir neçə gündə “Çelsi” klubuna sahib olmağımla bağlı mediada yayılan iddialara cavab vermək istərdim. Dediyim kimi, mən həmişə klubun maraqlarından çıxış edərək qərarlar vermişəm. Ona görə də indiki vəziyyətdə klubu satmaq qərarına gəldim. Çünki bunun klubun, azarkeşlərin, işçilərin, eləcə də klubun sponsorlarının və tərəfdaşlarının maraqlarına uyğun olduğuna inanıram.
Klubun satışı sürətləndirilməyəcək, müvafiq prosesə uyğun olaraq həyata keçiriləcək.
Mən heç bir kreditin qaytarılmasını tələb etməyəcəyəm. Mənim üçün bu, heç vaxt biznes və ya pulla bağlı olmayıb, oyuna və kluba olan ehtirasla bağlı olub. Üstəlik, mən komandama satışdan əldə edilən bütün xalis gəlirin bağışlanacağı bir xeyriyyə fondu yaratmağı tapşırmışam. Fond Ukraynadakı müharibənin bütün qurbanlarının xeyrinə çalışacaq. Buraya qurbanların təcili ehtiyaclarını ödəmək üçün kritik vəsaitlərin təmin edilməsi, eləcə də uzunmüddətli bərpa səylərinin dəstəklənməsi daxildir.
Bilin ki, bu, inanılmaz dərəcədə çətin bir qərar idi və klubdan bu şəkildə ayrılmaq məni ağrıdır. Bununla belə, addımımın klubun maraqlarına uyğun olduğuna inanıram.
Hamınızla şəxsən vidalaşmaq üçün sonuncu dəfə “Stemford Bridc”ə baş çəkə biləcəyimə ümid edirəm. “Çelsi”nin bir hissəsi olmaq ömür boyu mənim üçün xüsusi imtiyaza çevrildi və mən birlikdə əldə etdiyimiz bütün nailiyyətlərlə fəxr edirəm. “Çelsi” futbol klubu və onun azarkeşləri hər zaman ürəyimdə olacaq”, - bəyanatda bildirlib.
Statement from Roman Abramovich.
— Chelsea FC (@ChelseaFC) March 2, 2022