UEFA-nın media tərəfdaşı olan Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AIPS) üzvü və ölkəmizdəki rəsmi təmsilçisi – Azərbaycan İdman Jurnalistləri Assosiasiyası (AİJA) Bakının da ev sahibliyi edəcəyi futbol üzrə Avropa çempionatı ərəfəsində KİV nümayəndələri, jurnalistika fakültələrinin tələbələri və məzunları üçün təlimlərə davam edir.
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsi ilə əməkdaşlığımız çərçivəsində iyunun 6-sı saat 12:00-da BDU Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının dosenti Vəfa İsgəndərova (Aslan) ödənişsiz onlayn ustad dərsi keçəcək.

Bundan bir gün sonra saat 16:00-da BDU Jurnalistika fakültəsinin dekanı, Əməkdar jurnalist, Filologiya elmləri doktoru Vüqar Zifəroğlu (Əliyev) seminar keçirəcək.
