Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Alaba: “Qvardiolanı üzmək üçün əlimdən gələni edəcəyəm”
“Real”ın (Madrid) müdafiəçisi David Alaba UEFA Çempionlar Liqasının yarımfinal matçında “Mançester Siti”ni çalışdıran Xosep Qvardiola ilə gözlənilən görüşlə bağlı fikirlərini açıqlayıb.
29 yaşlı müdafiəçi bildirib ki, son vaxtlar Xosep Qvardiola heç bir əlaqəsi olmayıb.
“Peplə yenidən görüşmək xoş olacaq. “Bavariya”da birlikdə əla vaxt keçirdik, amma bu dəfə onu üzmək üçün əlimdən gələni edəcəyəm”, - deyə David Alaba vurğulayıb.
Qeyd edək ki, David Alaba “Real”a 2021-ci ildə transfer olub.
O, 2013-2016-cı illər aralığında “Bavariya”da Xosep Qvardiolanın rəhbərliyi altında çıxış edib.
Mənbə: Marca
"UEFA Çempionlar Liqası" teqi üzrə xəbərlər
- Xviça Kvaratsxeliya Gürcüstan futbolu tarixində ilkə imza atıb
- Superkompüter Çempionlar Liqasının qalibini açıqladı: "Real Madrid" deyil
- Özbəkistanlı futbolçu Çempionlar Liqasının tarixinə düşdü
- UEFA Çempionlar Liqası: "Yuventus" turniri tərk etməli oldu
- PSJ - "Brest" oyununda 7, "Real Madrid" - "Mançester Siti" matçında isə 4 qol vuruldu
Ən çox oxunanlar