Albaniyanın paytaxtı Tirana şəhərində keçirilən U-23 dünya çempionatında Mərkəzi İdman Klubunun (MİK) təmsilçisi Azərbaycan nümayəndə heyətinin tərkibində uğurla çıxış edib.
Sərbəst güləş üzrə 79 kq çəki dərəcəsində mübarizə aparan MİK təmsilçisi Əşrəf Aşırov U-23 dünya çempionatının gümüş medalına layiq görülərək Azərbaycanın aktivinə bir medal yazdırıb.
Qeyd edək ki, dünya çempionatında medal qazanan idmançımızın məşqçisi polkovnik-leytenant Nazim Əlicanovdur.