UEFA prezidenti Aleksander Çeferin Avropa Super Liqasında qalan klublarla bağlı açıqlama verib.
“Associated Press” xəbər verir ki, təşkilat rəhbəri “Real”, “Barselona”, “Milan” və “Yuventus”un qəti qərar qəbul etməsinin vacibliyini vurğulayıb.
A.Çeferin bildirib ki, Avropa Super Liqasında qalan klublar Çempionlar Liqasında iştirak edə bilməzlər. Onlar öz türnirlərində çıxış etməlidir.
“Əgər klublar deyirlər ki, biz Avropa Super Liqasıyıq, onlar Çempionlar Liqasında oynaya bilməzlər. Əgər buna hazırdırlarsa, gedib öz turnirlərində oynasınlar”, – deyə UEFA rəhbəri bildirib.