"Qarabağ" futbolçusu Aleksey İsayevin transferi məsələsində Premyer Liqa təmsilçisi "Sabah"la razılığa gəlib.
Oxu.Az xəbər verir ki, bu barədə Ağdam klubunun Mətbuat Xidməti məlumat yayıb.
2024-cü ilin yanvarından "Qarabağ"da çıxış edən Aleksey "köhlən atlar"da iki dəfə Azərbaycan çempionu, bir dəfə ölkə kubokunun qalibi olub.
"Qarabağ"da daha bir ayrılıq baş verib.
Oxu.Az Apasport.az-a istinadən xəbər verir ki, klub Aleksey İsayevlə yollarını ayırıb.
Futbolçu karyerasını elə Azərbaycanda davam etdirəcək.
O, sabiq komandası "Sabah"a transfer olunub. Keçidin yaxın günlərdə rəsmiləşəcəyi gözlənilir.
Qeyd edək ki, İsayev 2024-cü ilin sentyabrından "Qarabağ"da çıxış edir. O, 2020-24-cü illərdə "Sabah"ın şərəfini qoruyub.