Almaniya Bundesliqasının 4-cü turunda keçirilən “Paderborn” – “Hannover” matçında maraqlı və baxımlı qol qeydə alınıb.
Oxu.Az qol.az-a istinadən xəbər verir ki, matçın əsas vaxtına əlavə olunmuş 3-cü dəqiqədə meydan sahiblərinin futbolçusu Morits Stoppelkamp rəqib qapıçının irəlidə olmasını görüb, topu 83 metr məsafədən qapıya göndərib.