Bu gün axşam Hannoverdə keçirləcəyi nəzərdə tutulan Almaniya-Hollandiya matçı terror təhlükəsi səbəbindən təxirə salınıb.
Oxu.Az-ın xarici KİV-ə istinadən məlumatına görə, yerli polis rəisi Folker Kluvenin sözlərinə əsasən, oyun stadionda baş verə biləcək partlayış təhlükəsi ilə əlaqədar təxirə salınıb.
“Bizim sübutlarımız var ki, kimsə stadionda partlayış törətmək istəyib”, - Kluve deyib.