29 yaşlı qrossmeyster Arkadiy Naydiç (reytinq 2720) bundan sonra Almaniya yox, Azərbaycanın şərəfini qoruyacaq.
Oxu.Az xəbər evrir ki, bu barədə jurnalist Ştefan Leflerin “Frankfurter Allgemeine Zeitung” qəzetində çap edilmiş məqalisində bildirir. Tərəflər bu həftənin sonunda müqavilə imzalamalıdırlar.
Almaniya şahmat federasiyasının rəsmi saytında Arkadiy Naydiçin millinin sıralarını tərk etməsi barədə məlumat verilib. Chess-news.ru yazır ki, 29 yaşlı şahmatçının Azərbaycan yığmasında çıxış edəcəyi barədə danışmaq hələ tezdir, lakin ola bilsin ki, bunun yalnız rəsmi tərəfi qalıb.
Qey edək ki, Arkadiy Naydiç Riqada doğulub, 11 yaşında isə ailəsi ilə birlikdə Dortmunda köçüb. 2005-ci ildən etibarən Almaniyanın vətəndaşıdır. Bir çox turnirlərdə bu ölkəni birinci lövhədə təmsil edib. 2011-ci ildə Almaniyanın Avropa çempionu olmasında böyük rol oynayıb. Və elə həmin vaxt Naydiçin Almaniya şahmat federasiyası iləmünasibətləri gərginləşib.
Lefler məlumat verir ki, Almaniya şahmat federasiyası hadisələrin belə inkişafından təəsüflənmədiyini bildirib, çünki Azərbaycan tərəfi Naydiçin keçidinə görə almanlara 50 min avro təzminat ödəyəcək. Belə ki, Beynəlxalq Şahmat Federasiyasının (FİDE) qəbul etdiyi qaydalara əsasən, əgər 2700 xaldan çox reytinqi olan şahmatçı iki illik fasilə olmadan yeni bir yığmanın heyətində çıxış edəcəksə bu məbləğdə (50 min avro) təzminat ödənilməlidir.
F.H.
www.oxu.az