Dani Alveşin həyat yoldaşı ondan boşanmaq üçün məhkəməyə müraciət edib.
“Barselona”, PSJ və “Yuventus”un keçmiş futbolçusu zorlama ittihamı ilə zaminə buraxılmadan həbs edilib. Onu 4 ildən 12 ilə qədər həbs gözləyir.
Məlumata görə, Alveşin həyat yoldaşı olan ispan model Coana Sans zərərçəkmişin ifadəsinə şübhə etmir və qərarını çox düşündükdən sonra verib.
39 yaşlı braziliyalı həbsxanada həyat yoldaşı ilə görüşməkdən imtina etdiyi üçün 30 yaşlı qadın vəkilləri vasitəsilə vəsatət qaldırıb.
Qeyd edək ki, Sans daha əvvəl “Instagram” hesabından Dani Alveşlə olan şəkillərini silib. Coana ərini açıq şəkildə dəstəklədiyinə və məsələ ilə bağlı ilk açıqlamalarına görə peşman olub. O, həmin sözləri Daninin vəkilinin təklifi ilə dediyini bildirib.
Mənbə: sports.ru
Rəylər