Amerika Kubokunun yarımfinal görüşündə Uruqvay və Kolumbiya milliləri qarşılaşıblar.
Oxu.Az xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən görüşün taleyini yalnız bir qol həll edib. Ceferson Lermanın 39-cu dəqiqədə vurduğu qol Kolumbiya seçməsini final mərhələsinə yüksəldib - 1:0.
Uruqvay futbolçuları qalan vaxtda məğlubiyyətdən xilas olmağa çalışsalar da, bacarmayıblar.
Qeyd edək ki, iyul ayının 15-də keçiriləcək final görüşündə Argentina ilə Kolumbiya milliləri üz-üzə gələcəklər.
Anar Həsənov
Rəylər