İtaliyanın “Cenoa” klubu ukraynalı mütəxəssis Andrey Şevçenko ilə yollarını ayırmağa hazırlaşır.
Belə ki, hazırda klubla mütəxəssis arasında müqaviləyə xitam verilməsi üzərində danışıqlar aparılır.
Qeyd olunur ki, Şevçenkonun taleyində hətta İtaliya kubokunda “Milan” üzərində qələbə qazanılacağı təqdirdə belə dəyişiklik olmayacaq.
Xatırladaq ki, 21 turdan sonra 18 xal toplayan “Cenoa” son 18 oyunda qələbə qazana bilməyib.
Mənbə: Gazeta.ru