Avropa Oyunlarının qalibi, güləşçi Anjela Doroqan (53 kq) qələbədən sonra açıqlama verib, Oxu.Az Sportbox.az-a istinadən xəbər verir.
“Çox şadam, bu mənin böyük turnirlərdə ilk medalımdı. Qızıl medal haqqında heç fikirləşmirdim. Ümid edirdim ki, heç olmasa mükafatçılar sırasına daxil olaram. Bu mənim üçün tarixi nəaliyyətdir!
Görüşün sonlarında baş verən mübahisәli epizoda qaldıqda isə, belə hadisələr tez-tez baş verir. Mən həmin fəndə görə xal verməzdim. Hakimlərin qərarı səhv idi.
İndi Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya qazanmağa çalışacağam. Ümid edirәm ki, orada da birinci olacam. O vaxta qədər Azərbaycan himnini də öyrənəcəm.
Medalımı valideynlərimə və məşqçimə həsr edirəm”.