Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Anri Mbappeyə görə PSJ rəhbərliyini tənqid etdi
Fransa millisinin sabiq hücumçusu Tyerri Anri Kilian Mbappe ilə bağlı yaranmış vəziyyətə görə PSJ-ni tənqid edib.
T.Anri hesab edir ki, Paris klubunun rəhbərliyi artıq bir neçə il əvvəldən K.Mbappe ilə bir masa arxasında əyləşib gələcək üçün planlama qurmalı idi.
“Bu, iki il əvvəldən həll edilməli idi. Düşünürəm ki, iki il əvvəldən bir masa arxasında əyləşib Mbappeyə: “Bu, sənin komandan olacaq, biz sənin ətrafında komanda quracağıq” deməliydilər. Amma indi onun taleyi doğrudan da öz əlindədir, o, istədiyi kluba gedə bilər”, - deyə 44 yaşlı sabiq futbolçu vurğulayıb.
Qeyd edək ki, dünyanın ən nüfuzlu idman nəşrləri Kilian Mbappenin tezliklə Paris klubunu tərk edəcəyini yazır. 22 yaşlı futbolçunun Madridin “Real” klubuna transfer olacağı ehtimal edilir.
Mənbə: Amazon
"Fransa" teqi üzrə xəbərlər
- ABŞ tarixində fasilə ilə ən yüksək dövlət vəzifəsini tutan ikinci prezident: Tramp işinə başlayacaq
- Azərbaycandakı diplomatik korpusların rəhbərləri Şəhidlər xiyabanını ziyarət ediblər
- Tələsik imzalanan strateji tərəfdaşlıq sazişi Ermənistan xalqına ürəkaçan perspektivlər vəd etmir
- Fransa "Nestle"yə qarşı istintaqa başlayıb
- "Le Monde": "Fransanın dənizaşırı ərazilərinin 40 faizi yoxsulluq şəraitində yaşayır"
Rəylər