"Araz-Naxçıvan" heyətini yeni bir müdafiəçi ilə gücləndirib.
Oxu.Az xəbər verir ki, bu barədə klubun Mətbuat Xidməti məlumat yayıb.
Naxçıvan təmsilçisi braziliyalı sol cinah müdafiəçisi Bruno Franko ilə bir illik müqavilə imzalayıb.
Qeyd edək ki, 27 yaşlı futbolçu ötən mövsüm Sofiya "Lokomotiv"ində çıxış edib. "Lokomotiv"ə qədər o, Bolqarıstanın "Spartak" (Pleven), eləcə də Braziliyada "Matonense", "Rio Branko", "Batatais", "Moqi Mirim" klublarının formasını geyinib.