"Araz-Naxçıvan" Mustafa Əhmədzadə ilə yeni müqavilə imzalayıb.
Oxu.Az xəbər verir ki, bu barədə klub məlumat yayıb.
Bildirilib ki, 23 yaşlı yarımmüdafiəçi daha 2 il "qırmızı-ağlar"ın formasını geyinəcək. O, 2003-cü ildən futbol klubunun heyətində yer alıb.
Qeyd edək ki, "Araz-Naxçıvan" buna qədər Tərlan Əhmədli, Ömər Buludov, Slavik Alxasov, İbrahim Piriyev, Ülvi İsgəndərov, Rəşad Həsənov, Alberto Qarsia Fernandes, Alexandro Herrera, Rövlan Muradov, İssouf Paro və Luka Dumançiçlə yeni müqavilə imzalayıb.
Qaynar xətt:
(055) 224 12 12