Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Arda Gülər ÇL medalı almaya bilər - SƏBƏB
Arda Güler UEFA Çempionlar Liqasının final görüşündə meydana çıxmayacağı təqdirdə medal ala bilməyəcək.
Məlumata görə, UEFA tərəfindən 2022-ci ildə qəbul edilən qərara görə, medal yalnız oyunlarda iştirak edən futbolçulara verilir. Belə olan halda isə heç bir oyunda çıxış etməyən türkiyəli futbolçu medalsız qalacaq.
Arda Gülerin medal qazanmaq şansı isə Karlo Ançelottinin əlində olacaq. Təcrübəli baş məşqçi gənc futbolçunu final görüşünə buraxacağı təqdirdə Güler medal sahibi ola bilər.
Qeyd edək ki, Arda Güler bu mövsüm “Real Madrid” forması ilə La Liqada ümumilikdə 9 oyuna çıxıb və iki qolla yadda qalıb.
Mənbə: Sporx.com
"UEFA Çempionlar Liqası" teqi üzrə xəbərlər
- UEFA Avropa Liqası: Yarımfinala yüksələcək komandalar bəlli olacaq
- Çempionlar Liqası: "Real Madrid" turniri tərk etdi, "Arsenal" PSJ-yə rəqib oldu
- Çempionlar Liqası: "Barselona"nın yarımfinaldakı rəqibi müəyyənləşdi
- UEFA Çempionlar Liqası: Yarımfinala yüksələcək son komandalar bəlli olacaq
- UEFA Çempionlar Liqası: "Barselona" yarımfinala adını yazdırdı