Türkiyə yığmasının yarımmüdafiəçisi Arda Turan “Barselona” ilə müqaviləyə imza atıb.
Oxu.Az xəbər verir ki, bu barədə Katalonsk klubunun rəsmi Twitter-ində bildirilib.
Razılaşma beş ilə nəzərdə tutulub.
28 yaşlı Turanın Madridin “Atletiko”sundan “Barselona”ya keçməsi iyulun 6-da rəsmi elan edilib. Bu gün “Kamp Nou” stadionunda oyunçunun təqdimatı keçir.
FİFA-nın “Barselona”ya qoyduğu sanksiyalar ucbatından yeni oyunçuları 2016-cı ilin yanvarına qədər meydana çıxmaq haqları yoxdur.
Turan “Atletiko” üçün 2011-ci ildən çıxış edir. Bu zaman ərzində madridlilər ilə çempionatda İspaniya Kubokunu və Superkubokunu, eləcə də Avropa Liqasında və UEFA-nın Superkubokunu qazanıb.