Türkiyə millisinin futbolçusu Arda Turan karantin günlərindən danışıb.
“Haber Global”ın studiyasına videokonfransla qoşulan futbolçu 100 min tibbi maska paylamağı planlaşdırdığını deyib.
O qeyd edib ki, hazırda bir-birimizə dəstək verməli olduğumuz günləri yaşayırıq.
Əsasən xəstəxanalara tibbi maska çatdıran Arda jurnalistləri də unutmayıb. Ötən gün o, jurnalistlərin bir qrupuna da tibbi maska verib.