"Şaxtyor Donetsk" Arda Turanın komandanın baş məşqçisi təyin olunduğunu açıqlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə Ukrayna klubu sosial şəbəkə hesablarında məlumat yayıb.
"Şaxtyor"un türkiyəli mütəxəssislə müqaviləsinin müddəti iki ildir.
Qeyd edək ki, Turanın son iş yeri 2023-cü ilin aprelindən rəhbərlik etdiyi "Eyüpspor" klubu olub.
Bu müddət ərzində onun rəhbərliyi altında "Eyüpspor" bütün turnirlərdə 84 oyun keçirib, 45 dəfə qalib gəlib, 14 dəfə heç-heçə edib, 25 dəfə isə məğlub olub.