Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Argentinaya məğlub oldu, istefa verdi
Argentina ilə görüşün penaltilər seriyasında məğlub olan Ekvador millisinin baş məşqçisi istefa verib.
Məlumata görə, bu barədə Ekvador Futbol Federasiyasının mətbuat xidməti xəbər verib.
ABŞ-də təşkil olunan Amerika Kubokunun 1/4 finalında Argentina millisinə penaltilər seriyasında məğlub olan Ekvador yığmasının baş məşqçisi Feliks Sançes milli ilə yola davam etmək istəmədiyini bildirib.
Qeyd edək ki, 48 yaşlı ispaniyalı mütəxəssis 2023-cü ilin martından Ekvador millisinə rəhbərlik edirdi. O, 2017-2022-ci illərdə Qətər yığmasını çalışdırıb.
Ən çox oxunanlar