“Arsenal” Premyer Liqanın 21-ci turunda “Mançester Yunayted”i məğlub edib - 3:2.
Hesabı 17-ci dəqiqədə Markus Reşford açıb. Edvard Nketia 7 dəqiqədən sonra hesabı bərabərləşdirib və Bukayo Saka 53-cü dəqiqədə “topçular”ı önə keçirib.
Lisandro Martinez tezliklə hesabı yenidən bərabərləşdirib. 90-cı dəqiqədə Nketia dubl edib. Onun ikinci topu komandasına qələbə qazandırıb.
Bu oyundan sonra “Arsenal” xallarını 50-yə çatdırıb və liderliyini davam etdirir.