İngiltərə Premyer Liqasında I turun daha bir oyunu keçirilib.
Oxu.Az xəbər verir ki, çempionluğa iddialı “Arsenal” “Nottingem Forest”i qəbul edib.
Görüş meydan sahiblərinin çətin qələbəsi ilə başa çatıb - 2:1. Hesabı 26-cı dəqiqədə Eddi Nketia açıb. Altı dəqiqə sonra Bukayo Saka “topçular”ın üstünlüyünü iki topa çatdırıb. 82-ci dəqiqədə Taivo Avoniyi qonaqların yeganə qolunu vurub.
Faiq Tahirov
15:46
İngiltərə Premyer Liqasında I turun “Arsenal” - “Nottinqem Forest” matçı əvvəldən nəzərdə tutulan vaxtda başlamayıb.
Oxu.Az xəbər verir ki, oyunun start fitinin Bakı vaxtı ilə saat 15:30-da səsləndirilməsi planlaşdırılsa da, bu baş tutmayıb. Ləngiməyə səbəb qarşılaşmanın keçiriləcəyi “Emirates Stadium”un girişlərində yaranmış problem olub. Turniketlərin işləməməsinə görə azarkeşlər arenaya daxil ola bilməyiblər. Bu səbəbdən stadion ətrafında sıxlıq yaranıb.
Premyer Liqanın rəsmi saytı matçın saat 16:00-da start götürəcəyini açıqlayıb.