İngiltərə Premyer Liqasının IV turunun mərkəzi oyununda “Arsenal” “Mançester Yunayted”i qəbul edib.
Oxu.Az xəbər verir ki, qarşılaşma meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 3:1.
Hesabı 27-ci dəqiqədə “qırmızı şeytanlar”ın heyətində Markus Reşford açıb. Lakin bir dəqiqə sonra Martin Odegard hesabda tarazlıq yaradıb. 90+6-cı dəqiqədə Deklan Rays “topçular”ı önə keçirib. 90+11-ci dəqiqədə isə Qabriel Jesus matçda son nöqtəni qoyub.
Bu nəticədən sonra “Arsenal” 10 xalla beşinci, “Mançester Yunayted” altı xalla 11-cidir.
“Arsenal” son dəqiqə qolları ilə “Mançester Yunayted”i məğlub etdi - VİDEO
Rəylər