Londonun “Arsenal” klubunu fransalı futbolçu Aleksandr Lakazeti heyətinə qatıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə Sky Sports nəşri məlumat yayıb.
Futbolçu hazırda tibbi müayinədən keçir.
London klubu “Lyon”un hücumçusuna görə 60 milyon avro ödəyəcək. Fransalı futbolçu ilə beş illik müqavilə bağlanacağı gözlənilir.
Qeyd edək ki, buna qədər “Arsenal”ın ən bahalı oyunçusu Məsut Özil sayılırdı (47 milyon avro).
S.B.
www.oxu.az