Azad agent statusu ilə “Arsenal” klubuna keçən “Çelsi”nin sabiq braziliyalı hücumçusu Vilian öz seçimini şərh edib.
Oxu.Az xəbər verir ki, hücumçu “Arsenal”ı dünyanın ən böyük klublarından biri olduğunu qeyd edib.
“Arsenal”ın baş məşqçisi Mikel Arteta ilə yeni layihəsi var. Düşünürəm ki, bu klub yenidən parlamağa layiqdir.
Mən “Arsenal” ailəsində olmaqla bu layihənin bir hissəsi olmaq istəyirəm. Buna görə çox xoşbəxtəm”, - deyə 32 yaşlı futbolçu fikrini yekunlaşdırıb.
Qeyd edək ki, Vilian üç illik müqaviləyə imza atıb.