İngiltərə Premyer Liqasında son oyun günündə üç matç baş tutub.
Oxu.Az xəbər verir ki, çempionluq mübarizəsi aparan “Mançester Siti” səfərdə “Börnli” üzərində çətin qələbə qazanıb – 1:0.
Çempionlar Liqası və bürünc medallar üçün mübarizə aparan “Arsenal” səfərdə “Lester”ə böyük hesabla məğlub olub – 0:3. Bununla da London klubu ardıcıl üçüncü oyunda uduzub. Komanda hər oyuna üç topu qapısında görüb.
Növbəti turun oyunları mayın 3-6-da keçiriləcək.