İngiltərənin “Arsenal” klubunun yeni baş məşqçisi rəsmən müəyyənləşib.
Oxu.Az London klubunun rəsmi saytına istinadən xəbər verir ki, Mikel Arteta “Arsenal”ın baş məşqçisi təyin olunub. İspaniyalı məşqçi “Arsenal”la 3,5 illik müqavilə bağlayıb.
37 yaşlı məşqçi ilk tapşırığının oyunçuları tanımaq olduğunu və bütün klub azarkeşlərinin görmək istədiyi hücum futbolu nümayiş etdirmək olduğunu bildirib.
Qeyd edək ki, Mikel Arteta 2011-2016-cı illərdə “Arsenal”da çıxış edib. O, İngiltərə klubunda 150 matç keçirib, 16 qol və səkkiz məhsuldar ötürməyə imza atıb. “Arsenal”la iki İngiltərə kubokunu qazanmış Arteta futbolçu karyerasını məhz burada tamamlayıb. Bundan sonra o, “Barselona”da komanda yoldaşı olmuş Pep Qvardiolanın köməkçisi kimi “Mançester Siti”də işləməyə başlayıb.
Səbuhi Musayev